Keçmiş əri içərisində Colinin qanı olan şüşə qabı niyə özü ilə gəzdirdiyinə aydınlıq gətirdi
Dünya
193
18 Nov 2025 | 23:58

Keçmiş əri içərisində Colinin qanı olan şüşə qabı niyə özü ilə gəzdirdiyinə aydınlıq gətirdi

Aktyor Billi Bob Tornton Ancelina Colidən boşanmasından 20 ildən çox vaxt keçməsinə baxmayaraq, içərisində keçmiş xanımının qanı olan şüşə qabı niyə özü ilə gəzdirdiyinə aydınlıq gətirib.

Moderator.az xəbər verir ki, bu barədə "Rolling Stone" nəşri yazıb.

Tornton bildirib ki, bunu romantik məqsədlərlə edib. Onun sözlərinə görə, mətbuatın bu faktı qalmaqal kimi təqdim etməsi təəccübləndirir.

"Bu, romantik fikirdən başqa heç nə deyildi. Amma ayrılanda bizi az qala yer altında yaşayan, bir-birimizin qanını içən və bu kimi şeylərlə məşğul olan vampir kimi təqdim etdilər", - deyə o gülür.

70 yaşlı aktyor Coli ilə yaxşı münasibətlərinin qaldığını qeyd edir və onunla yaşadığı illəri ömrünün ən gözəl illəri hesab edir.

"Biz onunla hələ də çox yaxın dostlarıq. Bu, həqiqətən sivil bir şəkildə başa çatan evlilik oldu - biz sadəcə ayrıldıq, çünki tamamilə fərqli həyat tərzlərimiz var idi", - deyə o qeyd edib.

Tornton və Coli 1999-cu ildə çəkiliş meydançasında tanış olublar, 2000-ci ildə evləniblər, 2002-ci ildə Meddoks adlı uşağı övladlığa götürdüklərini elan ediblər və üç aydan sonra ayrılıblar.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər