Neymarın atası Pele brendinin hüquqlarını əldə edib
Dünya
190
18 Nov 2025 | 23:20

Neymarın atası Pele brendinin hüquqlarını əldə edib

Neymarın ailəsinin şirkəti Pele brendinin hüquqlarını əldə edib.

Moderator.az bu barədə UOL-a istinadən xəbər verir.

Bildirilir ki, futbolçunun atası Neymar da Silva Santosun rəhbərlik etdiyi "NR Sports" şirkəti Pele brendinin alınması üzrə razılaşmanı başa çatdırıb.

Hüquqların əldə edilməsi sayəsində şirkət Pele adının, onun təsvirlərinin, tarixi arxivlərinin və bütün kommersiya imkanlarının istifadəsinə nəzarət edə biləcək. Razılaşmanın dəyəri 18 milyon dollar həcmində qiymətləndirilir.

Qeyd olunur ki, "NR Sports" həmçinin Pelenin tez-tez getdiyi "Vila Belmiro" stadionundakı VİP lojanın təmiri xərclərini ödəyib. Təmir işlərinə yeni oturacaqların quraşdırılması, tualetin təmiri və kondisionerlərin quraşdırılması daxil olub.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər