00:56
16°C
Bakı
ABŞ Prezidenti Donald Tramp İranla mümkün sazişə açıq olduğunu bildirib.
Moderator.az xəbər verir ki, ABŞ lideri Ağ Evdə Səudiyyə Ərəbistanı vəliəhdi, Baş nazir Məhəmməd bin Salmanla görüşdə mövqeyini bildirib.
O qeyd edib ki, tərəflər artıq bu mövzuda müzakirələrə başlayıblar. "Yeri gəlmişkən, İran saziş bağlamaq istəyir. Mən də bəyan etməyə hazıram ki, onlar saziş bağlamağa can atırlar. Mən buna tam açıqam. Bu prosesi başlamaq üçün onlarla danışıqlar aparırıq", - Tramp deyib.