02:22
15°C
Bakı
ABŞ və Səudiyyə Ərəbistanı faktiki olaraq yeni ikitərəfli müdafiə paktı barədə razılığa gəliblər.
Moderator.az-ın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu Ağ Evdə Səudiyyə Ərəbistanı vəliəhdi və Baş nazir Məhəmməd bin Salman Əl Saudla danışıqların əvvəlində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Biz praktik olaraq razılığa gəlmişik", - o, bu barədə suala cavabında deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Vaşinqtonda Səudiyyə Ərəbistanı vəliəhdini qəbul edir.