Dünya
236
18 Nov 2025 | 22:50

"Qərbin qorxaq, rüsvayçı və əxlaqsız qərarı Putin üçün siqnal olub" - Kasparov

"Qərbin qərarsızlığı Putinin cəsarətini artırıb və müharibənin miqyasını böyüdüb..."

Rusiyalı şahmatçı və müxalif siyasətçi, şahmat üzrə 13-cü dünya çempiou Harri Kasparovun "QORDON" nəşrindəki bloqunda məqaləsi dərc edilib.

Kasparov yazır: "Qlobal azad dünya ilə terrorçu diktaturalar arasında onilliklərlə toplanmış təcrübə göstərir ki, onların qarşısında hər hansı zəiflik 100 faizlik şəkildə eskalasiyaya gətirir. Diktatorlara qarşı ən erkən mərhələdə güc nümayiş etdirmək demək olar ki, həmişə onları geri çəkilməyə məcbur edir.

Əgər Amerika əvvəldən Kremlə açıq şəkildə göstərsəydi ki, Ukraynaya genişmiqyaslı müdaxilə olmayacaq və hər bir cəhd dərhal sərt cavabla nəticələnəcək, müharibə sadəcə baş verməzdi. O vaxt Putin NATO ilə birbaşa qarşıdurmaya girməyə risk etməzdi.

Qərbin qorxaq, rüsvayçı və əxlaqsız qərarı - Ukrayna üzərində hava məkanını bağlamamaq Putinə mesaj oldu: "İrəliləmək olar". Əgər o vaxt Bayden açıq desəydi ki, Ukrayna səmasında bircə rus təyyarəsi belə görünəcəksə, Rusiyanın bütün hava limanları məhv ediləcək, müharibə dərhal sona çatardı.

O vaxt Rusiyadakı əhval-ruhiyyəni nəzərə alsaq, aydın görünür ki, NATO təyyarələrini Ukrayna səmasında görən rus pilotlar ora sadəcə uçmazdılar. Mariupolu və uşaq sığınacaqlarını cəzasız bombalamaq bir şeydir, amma F-35 ilə havada üzbəüz gəlmək tamamilə başqa məsələdir - o səni indi vuracaq.

Bu günkü eskalasiya Qərbin zəifliyinin və impotensiyasının birbaşa nəticəsidir. Putinin təhrikedici cəsarəti, hətta öz xeyrinə olacaqlarını qəbul etməməsi onun Qərbin zəif, çaşqın və əyilməyə hazır olduğuna inamının nəticəsidir. Diktatorları və terrorçuları yerinə qoymağı bacaran Qərb artıq yoxdur".

Moderator.az

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər