Bacısı Fillippin prezidentini narkotik asılılığında ittiham edir
Dünya
166
21:50, Bu gün

Bacısı Fillippin prezidentini narkotik asılılığında ittiham edir

Filippin Prezidenti Ferdinand Markosun administrasiyası ölkə başçısının bacısı İmi Markosun qardaşında kokain asılılığının olduğu ilə bağlı iddialarını təkzib edib.

Moderator.az bu barədə "The Guardian" nəşrinə istinadən xəbər verir.

Administrasiya nümayəndələri qeyd ediblər ki, bacısı bu ifadələrlə, yəqin senator həmkarı ilə bağlı korrupsiya qalmaqalından diqqəti yayındırmağa çalışır.

Daha əvvəl kiçik Ferdinand Markosun təşəbbüsü ilə senatorların və konqresmenlərin daşqınlarla mübarizə obyektlərinin inşası üzrə sərfəli müqavilələr naminə tikinti şirkətlərindən böyük məbləğdə rüşvət aldıqları ilə bağlı ittihamları araşdırmaq üçün müstəqil komissiya yaradılmışdı. Məlum olmuşdu ki, bir sıra layihələr həyata keçirilməyib.

İmi Markos isə 68 yaşlı qardaşının 1965-1986-cı illərdə Filippinə rəhbərlik etmiş və hərbi çevriliş nəticəsində devrilmiş atası böyük Ferdinand Markosun prezidentliyi dövründən bəri narkotik maddələrdən asılı olduğunu bildirib.

Bacısı həmçinin onun həyat yoldaşını və böyük uşaqlarını da narkotiklərdən istifadə etdiyinə görə günahlandırıb. İmi Markosun sözlərinə görə, qardaşı ölkəni idarə etməyə başladığı 2022-ci ildə onunla ünsiyyəti kəsib.

Link kopyalandı!
Son xəbərlər