23:00
16°C
Bakı
Moskva və Dəməşq Suriyanın cənubunda, İsraillə sərhəd bölgələrdə rus hərbi patrullarının yenidən bərpa olunması barədə razılığa gəlib. Razılaşmaya əsasən, Rusiya ordusu həmin ərazilərdə daimi postlar yerləşdirməyə başlayır.
Moderator.az xəbər verir ki, İsrail mediası – Ynet və Kanal 12–nin məlumatına görə, Rusiya hərbçiləri artıq Quneytra bölgəsində patrula çıxıb. Yerli mənbələr, o cümlədən Suriya TV, bu məlumatı təsdiqləyib.
Analitiklərə görə, bu addım həm Suriya cənubunda status-kvonun dəyişməsi, həm də Rusiya–İsrail münasibətlərində yeni mərhələnin başlanması kimi qiymətləndirilir. Regionda gərginliyin artdığı bir vaxtda Moskvanın geri dönüşü diqqət çəkir.