23:42
16°C
Bakı
Brüsseldə (Belçika) Albaniya mafiyasına xidmət edən səkkiz nəfər şəhərin baş prokuroruna sui-qəsd planında iştirak etdiklərinə görə həbs edilib.
Moderator.az xəbər verir ki, bu barədə Belçika Federal Prokurorluğu məlumat verib.
Məlumata görə, sui-qəsd cəhdi 2025-ci ilin iyul ayında olub.
Qeyd edək ki, Brüssel son zamanlar narkotik qaçaqmalçılığının əsas mərkəzlərindən birinə çevrilib. Hakimiyyət orqanları Avropanın ən təhlükəli 100-dən çox cinayətkar qrupunun hazırda Belçikada fəaliyyət göstərdiyini bildirirlər.