Bu, Gürcüstan üçün çox pis xəbər olacaq - Saakaşvili
Dünya
346
18 Nov 2025 | 20:37

Bu, Gürcüstan üçün çox pis xəbər olacaq - Saakaşvili

Fransanın keçmiş prezidenti Nikola Sarkozini həbsdən buraxdılar, məni isə tibb müəssisəsindən bura qaytardılar.

Moderator.az xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili sosial media hesabında yazıb.

“Rustavi həbsxanasına köçürülməyim mənə dostum Aleksey Navalnını, həbsxanada onunla bağlı baş verənləri xatırlatdı. Navalnını da məhz ikinci dəfə zəhərlədikdən sonra öldürdülər.

Ümumi vəziyyətə gəlincə, diktatorun (Bidzina İvanişvili) indi girovlarla bağlı ticarət mərhələsinə keçdiyi fikri ilə razılaşmıram. Əslində, o, indi etiraz alovunu tamamilə söndürməklə məşğuldur. Buna nail olsa, onda anlayacaq ki, həbs əməliyyatları işləyir və daha çox insanı tutacaq. Əgər girov məsələsində amerikalılarla ticarətə getsə, bu, Gürcüstan üçün çox pis xəbər olacaq, çünki girovların azad olunması müqabilində o, legitimlik qazanacaq və diktaturanı möhkəmləndirmək imkanı əldə edəcək”.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər