Rusiya Suriyaya qayıdır: Razılaşmanın detalları məlum oldu
Dünya
280
19:30, Bu gün

Rusiya Suriyaya qayıdır: Razılaşmanın detalları məlum oldu

Moskva və Dəməşq Suriyanın cənubunda İsraillə həmsərhəd bölgələrdə patrul xidmətinin bərpası və Rusiya ordusunun postlarının yerləşdirilməsi barədə razılığa gəliblər.

Moderator.az xəbər verir ki, bu barədə "Suriya TV" və "Ynet" məlumat yayıb.

Məlumata görə, Rusiya hərbiçiləri Quneytrada hərbi patrula başlayıblar.

Həmçinin bu gündən etibarən Suriyanın İsrail ilə təmas xəttində və Colan təpələrində, eləcə də digər cənub istiqamətlərində Əsəd dövründə mövcud olmuş Rusiya postları bərpa edilib.

Razılaşmalara əsasən, Rusiya Hmeynim və Tartusda yerləşən bazalarını qoruyacaq, logistik olaraq bu bazalardan isitfadəyə davam edəcək. Kreml Latakiyada ələvilərlə Şam arasında münasibətlərin normallaşmasına yardım edəcək.

Habelə, Rusiya benzin, dizel və xam nefti Suriyaya bazar qiymətindən ucuz satacaq, tikinti materialları ilə bağlı da Suriyaya yardım edəcək.

Moskva Dəməşqə hərbi dəstək verəcək. Şamda Əsəd dövründə mövcud olan vahid HHM sistemi bərpa ediləcək və bu sistemə ruslar nəzarət edəcək. Rusiya Suriya ordusuna hərbi təlim keçəcək, təlim üçün ödənişi Səudiyyə Ərəbistanı edəcək.

Bununla yanaşı, druzlara bağlı vəziyyətə nəzarət yenidən Rusiyaya veriləcək. Eyni zamanda Moskva kürdlərlə də münasibətlər baxımından Dəməşqə dəstək verəcək.

Link kopyalandı!
Son xəbərlər