20:12
15°C
Bakı
Türkiyə Futbol Federasiyası (TFF) Peşəkar Futbol İntizam Komitəsi (PFDK) genişmiqyaslı mərc araşdırması nəticəsində 1 024 futbolçudan 282-nə verilən cəza qərarlarını ictimaiyyətə açıqlayıb.
Moderator.az TFF-yə istinadən xəbər verir ki, intizam komitəsinin, mərc oynadıqları müəyyən edilən 282 futbolçudan 281-i 45 gündən 12 aya qədər dəyişən müddətdə futboldan diskvalifikasiya edilib.
Canberk Aydəmirin eyni mərc əməli səbəbi ilə daha əvvəl cəzalandırıldığı əsasına görə yenidən cəza təyin edilməsinə ehtiyac görülmədiyi qeyd olunub.
Qeyd edək ki, PFDK daha əvvəl etdiyi açıqlamada, Canberk Aydəmirə 2025-ci il sentyabrın 2-də bir il hüquqdan məhrumetmə cəzası tətbiq edildiyini açıqlamışdı.
Cəza alan futbolçuların adlarına buradan baxa bilərsiniz.