"İsrail ABŞ ilə əməkdaşlıq şəraitində yaxın vaxtlarda Qəzza zolağında Fələstinin radikal HƏMAS qruplaşmasının hökmranlığına son qoyulacağına ümid bəsləyir".
Moderator.az xəbər verir ki, bu fikri İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın Qəzza üzrə sülh planını dəstəkləyən qətnamənin BMT Təhlükəsizlik Şurası (TŞ) tərəfindən təsdiq edilməsinə münasibət bildirərkən səsləndirib.
"Biz ABŞ və Prezident Trampın planını imzalamış digər ölkələrlə əməkdaşlıq şəraitində bütün həlak olmuş girovların qalıqlarının təxirə salınmadan geri almağa, Qəzzanın tərk-silah edilməsi və hərbisizləşdirilməsi prosesinə başlamağa, habelə Qəzzada HƏMAS-ın hökmranlığına son qoymağa ümid bəsləyirik", - deyə Netanyahu bildirib.
Baş nazir qeyd edib ki, BMT TŞ ABŞ prezidentinin 20 bənddən ibarət planını çox bəyənib. Onun sözlərinə görə, Trampın liderliyi sayəsində əldə edilmiş irəliləyiş regionu sülhə və tərəqqiyə qovuşduracaq.