ABŞ-də şəhərin mərkəzində qatarda qadın yandırıldı
Dünya
244
17:20, Bu gün

ABŞ-də şəhərin mərkəzində qatarda qadın yandırıldı

ABŞ-nin Çikaqo şəhərinin mərkəzində naməlum şəxs qatarda sərnişini yandırıb.

Moderator.az CBS-ə istinadən xəbər verir ki, bu barədə yerli fövqəladə hallar xidmətləri məlumat yayıblar.

Hadisə şahidlərinin sözlərinə görə, vaqonda qəribə qoxu yayılıb və bəzi sərnişinlər bir kişinin qadının üzərinə yanar maye tökdüyünü görüblər.

Bildirilir ki, qadın qatar vaqonundan tullanıb, yaxınlıqdakı insanlar ona kömək etməyə çalışıblar. Xəsarət alan qadın xəstəxanaya aparılıb, vəziyyəti barədə məlumat verilmir.

Hadisənin səbəbləri aydınlaşdırılmayıb. Polis şübhəli şəxsin saxlanılıb-saxlanılmaması barədə də məlumat verməyib.

Link kopyalandı!
Son xəbərlər