Polşa dəmir yolunda törədilmiş diversiyalarda
Dünya
257
18:40, Bu gün

Polşa dəmir yolunda törədilmiş diversiyalarda "Şərq xüsusi xidmətləri"ni ittiham edib

Polşada Ukraynaya gedən dəmir yolunda baş vermiş partlayışı ukraynalılar törədiblər.

Moderator.az xəbər verir ki, bu barədə noyabrın 18-də Polşanın Baş naziri Donald Tusk məlumat verib.

"Xüsusi xidmət orqanlarının, polisin və prokurorluğun intensiv fəaliyyəti diversiyanı törədən iki nəfərin şəxsiyyətini müəyyən etməyə imkan verib. Onlar Ukrayna vətəndaşlarıdır", - deyə Tusk bildirib.

Polşa xüsusi xidmət orqanları əlaqələndiricisinin mətbuat katibi Yaçek Dobjinski bildirib ki, Polşada dəmir yollarına vurulan ziyanı diversiya hesab edən hakimiyyətin fikrincə, bunda "Şərq kəşfiyyat xidmətləri" günahkardır.

"Bu diversiyaları sifariş edənlər, - bütün əlamətlərə görə, bunlar Rusiya xüsusi xidmətləridir, - istintaqın hansı istiqamətdə getdiyini bilmək istərdirlər", - deyə o bildirib.

Dobjinski vurğulayıb ki, bununla əlaqədar olaraq Polşa mütəxəssislərinin nə üzərində çalışdıqlarını açıqlaya bilməz. "Rusiya kəşfiyyatı cəmiyyətimizdə çaşqınlıq yaratmaq, bizi qorxutmaq istəyir", - deyə o əlavə edib.

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış da dəmir yollarında baş verən diversiyalarla bağlı "bütün izlərin şərqə, Rusiyaya apardığı" fikri ilə razılaşır. Nazirin sözlərinə görə, bunu həm də Avropada baş verən hadisələrin təhlili, o cümlədən Avropa ölkələrinin hava məkanında dronlarla bağlı insidentlər sübut edir. "Biz diversiyanı hazırlayan və törədən şəxsləri ələ keçirəndən sonra buna tam əmin olacağıq", - deyə Kosinyak-Kamış əlavə edib.

Noyabrın 17-də Polşa polisi Ukraynaya gedən Dembli-Varşava dəmir yolu xəttinin zədələnməsi barədə məlumat verib. Xoşbəxtlikdən qatar relsdən çıxmayıb, sərnişinlərdən və briqada üzvlərindən heç biri xəsarət almayıb. Sonradan daha bir hadisə Pulavı şəhəri yaxınlığında baş verib. RMF-nin məlumatına görə, qırılmış kontakt xətti Svinouystse-Jeşuv marşrutu ilə hərəkət gedən qatarın vaqonunun pəncərəsini deşib. Qatarın içində 475 sərnişin olub.

Link kopyalandı!
Son xəbərlər