İranın paytaxtı Pezeşkianın təklif etdiyi şəhərə köçürülür?
1571
18 Nov 2025 | 13:59

İranın paytaxtı Pezeşkianın təklif etdiyi şəhərə köçürülür?

“Bu xəbərdarlıq məsuliyyət və narahatlıqdan doğan bir xəbərdarlıqdır, amma o da aydındır ki, Tehran kimi bir şəhərin boşaldılması nə mümkün, nə də realdır”.

Moderator.az xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani Prezident Məsud Pezeşkianın ölkədə su böhranı barədə çıxışında Tehranın boşaldılması ilə bağlı xəbərdarlığını şərh edərkən deyib.

“İllərdir bəyan edilir ki, Tehrana əhali ilə yüklənməməlidir”, - o bildirib.

Məsud Pezeşkian ölkədə su ehtiyatları ilə bağlı yaranmış böhrana toxunaraq xəbərdarlıq etmişdi ki, əgər noyabr-dekabr aylarında yağış yağmasa, Tehranda suyun istismarı ilə bağlı məhdudiyyətlər yaranacaq, bundan sonra da yağış yağmasa, şəhəri boşaltmaq lazım gələcək.

İran Prezidenti noyabrın 10-da paytaxtın Tehrandan Bəsrə körfəzi sahilinə köçürülməsi təklifini irəli sürmüşdü. Söhbət Bəndər-Abbas şəhərindən gedir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər