Dövlət Baxçalıdan Əkrəm İmamoğlu ilə bağlı təklif
Dünya
176
13:13, Bu gün

Dövlət Baxçalıdan Əkrəm İmamoğlu ilə bağlı təklif

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı İstanbulun həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğlunun gözlənilən məhkəməsinin bütün ölkə televiziyalarında canlı yayımlanmasının vacib olduğunu bildirib.

Moderator.az xəbər verir ki, o, bu barədə parlamentdə partiyasının fraksiya iclasında danışıb.

“Məhkəmə iclasları bütün televiziya kanallarında, o cümlədən TRT-də canlı yayımlanmalıdır. Türk xalqı baş verənləri görməli və bilməlidir”, - Baxçalı deyib.

MHP lideri qeyd edib ki, İstanbul bələdiyyəsi ilə bağlı korrupsiya ittihamlarının məhkəmədə canlı izlənilməsi ölkədə demokratiyaya inamı gücləndirəcək.

Əkrəm İmamoğlunun özü də bundan əvvəl belə bir təşəbbüslə çıxış edib.

İstanbul Baş Prokurorluğu ötən həftə İmamoğlu ilə bağlı korrupsiya işinin istintaqını tamamlayıb və onun üçün 2 352 ilədək həbs cəzası tələb edib. 402 nəfərin şübhəli kimi qeyd olunduğu ittiham aktı noyabrın 11-də məhkəməyə təqdim olunub. Məhkəmənin nə vaxt başlayacağı məlum deyil.

İmamoğlu martda korrupsiya və terrorçu qruplarla əlaqədə olmaq ittihamı ilə həbs olunub.

Link kopyalandı!
Son xəbərlər