13:47
17°C
Bakı
Türkiyənin Ərzurum vilayətində sərnişin avtobusu ilə yük maşını (TIR) toqquşub.
Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəzada 11 nəfər yaralanıb.
Əraziyə təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.
Bildirilib ki, ərazidə duman və sürüşkən yol səthi qəzaya səbəb olub.