İrana qarşı “Reyqan strategiyası” işə düşdü: SSRİ-ni də belə dağıtmışdıq
Dünya
772
11:03, Bu gün

İrana qarşı “Reyqan strategiyası” işə düşdü: SSRİ-ni də belə dağıtmışdıq

“İran rejimi SSRİ deyil və ya 2025-ci ildəki vəziyyət 1989-cu ildəki kimi deyil. Tarix təkrarlanmır, amma əks-səda verir. Unutmamalıyıq ki, biz SSRİ-nin məğlubedilməz hesab edildiyi bir dövrdə böyümüşük”.
 
Moderator.az Teleqraf -a istinadla xəbər verir ki, bunu amerikalı analitik Mark Dubovits deyib.
 
Dubovits Tehran rejiminin bəzi sosial məsələlərdə yumşalmasını Mixail Qorbaçovun SSRİ-ni xilas etmək üçün başladığı məhdud islahatlara bənzədib, bu islahatlar sistemin çöküşü ilə bitdi.
 
Analitik bildirib ki, İsrail hələ də bölgədəki əsas düşmənini – İranı məhv etməkdə qərarlıdır:
 
“Uzun illərdən sonra İran rejiminin devrilməsi İsrail strategiyasının əsas məsələlərindən birinə çevrilib. Məncə, 7 oktyabr hadisələri (HƏMAS-ın İsrailə hücumu) hər şeyi dəyişdi. Artıq onlar deyirlər: biz İran İslam Respublikası ilə yaşaya bilmərik, Xamenei bizi məhv etmək ideyasına sadiqdir”.
 
Bununla belə, Dubovits əlavə edib ki, “rejim dəyişikliyi” termini Vaşinqtonda populyar deyil:
 
“İraq və Əfqanıstan təcrübələrinə görə bu ifadəni xoşlamırıq. Vaşinqtpnda heç kim 500 min ABŞ əsgərini İrana hücuma göndərməkdən danışmır. Bu gün müzakirə olunan “Reyqan strategiyası”dır - Ronald Reyqanın 1980-ci illərdə uğurla tətbiq etdiyi metod: rejim müxaliflərinə maksimum dəstək və rejimə maksimal təzyiq”.
 
Link kopyalandı!
Son xəbərlər