Almaniyanın Gürcüstandakı səfiri hər dəfə Vyana Konvensiyasının konkret tələblərini kobud şəkildə pozur.
Moderator.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Acarıstan televiziyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, səfirin istənilən diplomatik standarta birbaşa zidd olan hərəkətləri olduqca düşüncəsiz hal alıb.
“Biz hətta onun hərəkətlərinə ciddi əhəmiyyət verməyin önəmli olub-olmadığını bilmirik. Diplomatik addım atıla, konkret prosedurdan da istifadə oluna bilər. Xarici İşlər Nazirliyi bununla bağlı qərar qəbul edəcək, məsləhətləşmələr də apara bilərik”, - Kobaxidze əlavə edib.
Qeyd edək ki, Almaniya Gürcüstandakı səfiri Peter Fişeri məsləhətləşmələr üçün bu ilin oktyabrın 19-da geri çağırıb. Səfir noyabrın 6-da Tbilisiyə dönüb, noyabrın 13-də Tbilisidə keçirilən aksiyaya qatılaraq etirazçılara dəstək ifadə edib.
Gürcüstan hökuməti Fişeri ölkədə radikal gündəmin təşviqində və Almaniya ilə münasibətlərə ciddi xələl gətirməkdə ittiham edir.