ABŞ Yaponiyadakı bazasından
Dünya
206
17 Nov 2025 | 23:05

ABŞ Yaponiyadakı bazasından "Typhon" qurğularını çıxardı

ABŞ Silahlı Qüvvələri İvakuni dəniz piyadaları aviabazasından ortamənzilli "Tomahawk" qanadlı raketlərinin buraxılması üçün istifadə olunan "Typhon" yerüstü mobil qurğularını Yaponiya ərazisindən çıxarıblar.

Moderator.az xəbər verir ki, bu barədə məlumatı "Kyodo" agentliyi yayıb.

Bildirilir ki, Yaponiya Müdafiə Nazirliyi bu barədə İvakuni şəhər administrasiyasını məlumatlandırıb. Daha əvvəl ABŞ-Yaponiya təlimləri çərçivəsində İvakuni bazasında yerləşdirilmiş qurğuların sentyabrın 25-də təlimlər başa çatandan sonra çıxarılması planlaşdırılırdı. Lakin noyabrın 10-da qurğular hələ də orada idi, bu da yerli ictimai təşkilatlarda bu silahların ölkədə daimi yerləşdiriləcəyinə dair əndişələr yaratmışdı.

Yaponiya ictimaiyyətinin nümayəndələri Yaponiya Müdafiə Nazirliyindən "Typhon" qurğularının ölkədən dərhal çıxarılması məqsədilə ABŞ-a təsir göstərməsini tələb edirdilər.

Qurğuların nədən gec çıxarıldığı barəsində məlumat verilməyib, lakin yerli analitiklər bunun ABŞ-də uzun sürən şatdaun səbəbindən baş verdiyini ehtimal edirlər.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər