Dünya
673
17 Nov 2025 | 21:30

"Avropa İttifaqı Rusiya aktivləri olmadan Ukraynaya 100 milyard avroya qədər maliyyə dəstəyi verəcək" - "Bloomberg"

"2026-2027-ci illərdə hərbi və iqtisadi ehtiyacları qarşılamaq üçün Ukraynaya 134 milyard avroya qədər maliyyə dəstəyi tələb olunur..."

Maliyyələşmənin yeni variantları

Avropa Komissiyası Ukraynaya maliyyə dəstəyini təmin etmək üçün üç əsas variant üzərində işləyir. Bunlardan biri üzv ölkələrin ən azı 90 milyard avro qrant ayırmasıdır. İkinci variant Avropa Birliyinin ümumi borcu hesabına kredit vermək, üçüncüsü isə Rusiyanın dondurulmuş aktivlərini kreditin təminatı kimi istifadə etməkdir.

Bu təkliflər Komissiyanın prezidenti Ursula fon der Lyayyen tərəfindən üzv ölkə liderlərinə göndərilən məktubda yer alıb. Komissiyanın hesablamalarına görə, 2026-cı ildə Ukraynanın yalnız hərbi ehtiyacları üçün 51,6 milyard avro tələb olunacaq. Ümumilikdə, 2026-cı il üçün xarici maliyyə ehtiyacı 70 milyard, 2027-ci il üçün isə 64 milyard avrodur. Əgər bu plan qəbul olunarsa, AB üzv dövlətlərinə xərci ÜDM-in 0,16-0,27 faizi həcmində başa gələcək.

Rusiya aktivlərinin rolu və mövcud çətinliklər

Planın bir hissəsi olaraq, Ukraynaya kreditin maliyyələşdirilməsi üçün təxminən 200 milyard avro Rusiyanın dondurulmuş aktivlərindən istifadə edilə bilər. Bu aktivlərin böyük hissəsi Belçikadakı "Euroclear" depozitarında saxlanılır. Kredit yalnız Rusiya zərəri ödəyərsə geri qaytarılacaq, yəni Ukrayna üçün risk minimal olacaq.

Lakin bu planın həyata keçirilməsinə Belçika mane olur. Bundan əlavə, Rusiyanın "Euroclear"da yerləşən aktivlərinin müsadirə olunması halında Avropa İttifaqına qarşı məhkəməyə müraciət edə biləcəyini açıqlayıb. Bu isə planın reallaşmasını gecikdirə bilər.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər