Ukraynanın sabiq müdafiə naziri Rustem Umerov ölkəyə qayıtmaqdan imtina edir?
Dünya
352
17 Nov 2025 | 21:17

Ukraynanın sabiq müdafiə naziri Rustem Umerov ölkəyə qayıtmaqdan imtina edir?

"Ukraynanın sabiq müdafiə naziri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov ölkəyə qayıtmaqdan imtina edib".

Moderator.az xəbər verir ki, bu fikri İspaniyada yaşayan ukraynalı bloqer Anatoli Şari səsləndirib.

Onun sözlərinə görə, Umerov öz qərarı barədə Ukrayna lideri Volodimir Zelenskini və Prezident Ofisinin rəhbəri Andrey Yermakı şəxsən məlumatlandırıb.

Qeyd edək ki, ötən gün Umerov öz "Telegram" kanalında və digər sosial şəbəkələrdə Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə mübadilə proseslərinin bərpası və hərbçilərin Rusiya əsirliyindən azad edilməsi üçün günlərlə məsləhətləşmələr apardığını yazmışdı.

Öz növbəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası məsələyə dair açıqlama verərək, Umerovun ölkəyə qayıtmaqdan imtina etdiyinə dair xəbərləri təkzib edib.

Qeyd olunub ki, Umerov planlaşdırılmış rəsmi ezamiyyətdədir:

"Noyabrın 17-nə olan vəziyyətə görə, Umerov ABŞ-də işləyir, orada Ukraynaya beynəlxalq dəstəyin gücləndirilməsinə yönəlik işgüzar məsləhətləşmələr və görüşlər keçirir".

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər