Ariana Qrandeyə hücum edən pərəstişkarı həbsxanaya yerləşdirildi
Dünya
231
21:15, Bu gün

Ariana Qrandeyə hücum edən pərəstişkarı həbsxanaya yerləşdirildi

Avstraliyalı bloqer Conson Ven "Wicked" filminin premyerasında müğənni Ariana Qrandeni tutduğu üçün Sinqapurda doqquz gün həbsə məhkum edilib.

Moderator.az BBC-yə istinadən xəbər verir ki, Ven ictimai asayişi pozduğunu etiraf edib.

Qeyd olunur ki, o, daha əvvəl Keti Perri və "The Weeknd"in konsertlərində xuliqanlıq edib və idman meydançalarına icazəsiz daxil olub.

Veni üç aya qədər həbs cəzası gözləyirdi, lakin o, doqquz gün həbs cəzasına məhkum edilib. Ven məhkəmədə bir daha belə hərəkət etməyəcəyinə söz verib.

Noyabrın 13-də Sinqapurda "Wicked" filminin premyerasında Qrande həmkarları Mişel Yeo, Sintiya Erivo və Ceff Qoldblyumla birlikdə sarı xalı üzərində gedərkən birdən Ven ona tərəf qaçıb. O, artistin çiyinlərindən tutaraq onu özünə sıxmaq istəyib, qadın isə geri çəkilməyə çalışıb. Müğənniyə yaxınlıqda olan müğənni Erivo kömək edib.

Link kopyalandı!
Son xəbərlər