İspaniya Çinlə qatarlar yarışına qatılmağa qərar verdi
Dünya
213
21:10, Bu gün

İspaniya Çinlə qatarlar yarışına qatılmağa qərar verdi

İspaniya hökuməti saatda 350 kilometr sürət yığmaq üçün yüksəksürətli dəmir yollarını modernləşdirməyi planlaşdırır.

Moderator.az "Europa Press"ə istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Oskar Puente bildirib.

Qeyd olunur ki, bu iddialı layihənin həyata keçirilməsi İspaniyanı Çindən sonra belə yüksəksürətli infrastruktura sahib olan ikinci dövlətə çevirəcək.

Nazirliyin rəhbəri qeyd edib ki, növbəti dörd il ərzində ölkənin nəqliyyat sisteminə 60 milyard avro yeni investisiya yönəldiləcək. Bu vəsait təkcə dəmir yollarını deyil, həm də avtomobil yollarını, liman və hava limanı komplekslərini əhatə edən infrastrukturun kompleks inkişafına yönəldiləcək.

Link kopyalandı!
Son xəbərlər