Samvel Karapetyanın həbs müddəti uzadılıb
Dünya
199
19:50, Bu gün

Samvel Karapetyanın həbs müddəti uzadılıb

Ermənistanın Antikorrupsiya Apelyasiya Məhkəməsi iş adamı Samvel Karapetyanın həbs müddətini uzadıb.

Moderator.az-ın məlumatına görə, bu barədə Ermənistan mətbuatı xəbər yayıb.

Bildirilir ki, məhkəmə qərarına əsasən, Karapetyan barəsində həbs qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.

Qeyd edək ki, Karapetyan iyun ayında hakimiyyətin ələ keçirilməsi ilə bağlı ictimai çağırışlar etməsi ittihamı ilə həbs edilib.

Link kopyalandı!
Son xəbərlər