Rusiyada əcnəbilərin əmək müqavilələrinin ləğvi asanlaşdırılır
Dünya
362
17 Nov 2025 | 19:40

Rusiyada əcnəbilərin əmək müqavilələrinin ləğvi asanlaşdırılır

Rusiya Prezidenti Vladimir Putin xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslərlə əmək müqavilələrinin ləğvi üçün əsasların siyahısını genişləndirən qanun imzalayıb.

Moderator.az-ın İnterfaks.ru-ya istinadən xəbərinə görə, müvafiq sənəd rəsmi hüquqi məlumat portalında dərc edilib.

Məlumata görə, siyahı işəgötürənin Rusiya Federasiyasının normativ hüquqi aktlarına uyğun qaydada xarici işçilərin sayını azaltmaq məcburiyyətində olduğu hallar daxil edilməklə genişləndirilib.

Qanun 1 mart 2026-cı ildə qüvvəyə minəcək.

Təşəbbüs "Yeni insanlar"" fraksiyasının nümayəndələri tərəfindən parlamentə təqdim edilmişdi.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər