Finlandiya Rusiya sərhədi yaxınlığında ən böyük artilleriya təlimlərinə başladı
Dünya
192
16:10, Bu gün

Finlandiya Rusiya sərhədi yaxınlığında ən böyük artilleriya təlimlərinə başladı

Finlandiyada Şərqi Laplandiyadakı Rovayayarvi poliqonunda "Northern Strike 225" hərbi təlimləri başlayıb.

Moderator.az-ın xəbərinə görə, bu barədə "Yle" nəşri məlumat verib.

Məlumata görə, təlim poliqonu Rusiya sərhədindən təxminən 100 kilometr məsafədə yerləşir.

Təlimlərin rəhbəri, podpolkovnik Kimmo Ruotsalaynenin sözlərinə görə, bu manevrlər Şimali Finlandiyada təşkil edilən ən böyük artilleriya və minaatan atəşi təlimləridir.

Manevrlərə "Kaynuu" və "Pori" briqadaları və Eqer briqadasının hərbi qulluqçuları, eləcə də sərhəd mühafizəsi bölmələri cəlb olunub. Bundan əlavə, təlimlərdə təxminən 40 nəfərdən ibarət ağır yaylım atəşi reaktiv sistemlərindən ibarət Polşa bölməsi də iştirak edir. Həmçinin Finlandiya ordusunun çağırışçıları da təlimlərə qatılıb.

İştirak edən qüvvələrin ümumi sayı təxminən 2200 əsgər və 500 ədəd texnika təşkil edir. Təlimlər noyabrın 25-də başa çatır.

Link kopyalandı!
Son xəbərlər