Tom Kruz ilk
Dünya
307
16:00, Bu gün

Tom Kruz ilk "Oskar"ını aldı

Dünyaşöhrətli Hollivud aktyoru Tom Kruza Los-Ancelesdə təntənəli mərasimində fəxri "Oskar" mükafatı təqdim edilib.

Moderator.az vesti.ru-ya istinadla xəbər verir ki, o bu mükafata kino sənətinə gələcək nəsillər üçün həlledici töhfəsinə görə layiq görülüb. Tom Kruzla yanaşı daha üç artistə bu mükafat təqdim edilib.

Qeyd edək ki, bu, Tom Kruzun kino karyerasında ilk "Oskar" mükafatıdır. Aktyor əvvəllər dörd dəfə bu mükafata namizəd irəli sürülsə də, yalnız bu il uğur qazana bilib. Mükafatı ona meksikalı rejissor Alexandro İnyarritu təqdim edib.

"Mən filmlərlə məşğul olmuram, mən onlarla yaşayıram", - deyə Tom Kruz səhnədən bildirib.

"Biz kinoteatrda olanda birlikdə gülür, başqalarının hisslərini bölüşür və birlikdə ümid edirik, kinonun gücü də məhz elə bundadır", - deyən Kruz kinonun onun üçün nədən əhəmiyyətli olduğuna aydınlıq gətirib.

63 yaşlı aktyor 40 illik kino karyerası ərzində onlarla filmdə çəkilib. 1983-cü ildə çəkildiyi "Riskli biznes" filmindəki rolu onun üçün dönüş nöqtəsi olub. Aktyorun bir sıra rolları "Qızıl Qlobus" mükafatına layiq görülüb. Üstəlik, döyüş filmlərində çətin tryukları çox vaxt özünün yerinə yetirməsi səbəbindən iyun ayında adı Ginnesin Rekordlar Kitabına daxil edilib.

Tom Kruzla yanaşı, quruluşçu rəssam Uinn Tomas, aktrisа və xoreoqraf Debbi Allen, 79 yaşlı kantri müğənnisi və kinoaktrisa Dolli Parton da kino sənayesinə töhfələrinə görə "Oskar"la mükafatlandırlıblar.

Link kopyalandı!
Son xəbərlər