Toyda aş yeyən 100 nəfər XƏSTƏXANALIQ OLDU
Dünya
301
10:00, Bu gün

Toyda aş yeyən 100 nəfər XƏSTƏXANALIQ OLDU

Türkiyənin Trabzon bölgəsində keçirilən toy mərasimində qida zəhərlənməsi hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, mərasim zamanı süfrəyə verilən toyuqlu aşı yeyən təxminən 100 nəfər qonaq bir neçə saat sonra halsızlıq və qarın ağrısı ilə üzləşib.
 
Hadisə yerinə çağırılan tibbi briqadalar zərərçəkənlərə ilkin yardım göstərib. Daha sonra onlar Sürmənə Dövlət Xəstəxanasına və yaxın rayonlardakı tibb müəssisələrinə yerləşdiriliblər.
 
Həkimlərin müdaxiləsindən sonra qonaqların vəziyyətinin stabilləşdiyi bildirilir. Hadisənin səbəblərini müəyyən etmək üçün araşdırma başladılıb.
 
Link kopyalandı!
Son xəbərlər