ABŞ-da “qaranlıq və faciəli gün” - Ölənlər var
Dünya
499
16 Nov 2025 | 20:00

ABŞ-da “qaranlıq və faciəli gün” - Ölənlər var

Nyu-Yorkun Nyuark şəhərində kütləvi atışma baş verib.

Moderator.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

Ərazidə yaşayan sakinlər mətbuata bildiriblər ki, onlar həmin axşam bir neçə atəş səsi, ardınca isə qışqırıq səsləri eşidiblər. Polis yaxınlıqdakı yaşayış binalarından birinə girişi kəsib. Polisin məlumatına görə, atışma Kansler prospektinin 300-cü məhəlləsində baş verib. Hadisə yerində ən azı 17 mərmi gilizləri aşkar edilib. Müstəntiqlər və əməliyyatçılar bir gecədə bitişik yaşayış massivində axtarış aparıblar.

Essex County Prokurorluğunun məlumatına görə, 10 yaşlı oğlan və 21 yaşlı qadın da hücumun qurbanı olub. Onlar Universitet Xəstəxanasına çatdırılsalar da, həkimlər onları xilas edə bilməyib. 11 yaşlı oğlan və 19 və 60 yaşlı iki kişi də yaralanıb. Vəziyyətləri stabildir.

Nyuark meri Ras Baraka atışmanı şəhər üçün “qaranlıq və faciəli gün” adlandırıb. O qeyd edib ki, şəhər rəsmiləri həlak olanlara yas tutur və bütün səviyyələrdə hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edərək ədalətin bərqərar olmasına sadiqdirlər. O, həmçinin atəş açan şəxsi təslim olmağa çağırıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər