Dünyanın ən hündür hoteli açıldı - FOTO
Dünya
515
19:13, Bu gün

Dünyanın ən hündür hoteli açıldı - FOTO

Dünyanın ən hündür hoteli kimi tanınan "Ciel Dubai Marina" BƏƏ-nin Dubay şəhərində fəaliyyətə başlayıb.

"The National" nəşri xəbər verir ki, hotel artıq ilk qonaqlarını qəbul edib.

"Ciel Dubai Marina"nın hündürlüyü 377 metrdir, bu göstərici ilə o Dubayda yerləşən "Gevora Hotel"i geridə qoyub.

Hazırda şəhərdə dünyanın ən hündür 10 hotelindən 8-i yerləşir, onlardan biri də BƏƏ-nin simvollarından sayılan və yelkən formasında tikilmiş "Burj Al Arab"dır (321 metr).

"Ciel Dubai Marina" 82 mərtəbədə yerləşən 1004 otaqdan ibarətdir. 76-cı mərtəbədə hündürlüyü təxminən 310 metr olan "Tattu Sky" hovuzu mövcuddur. 81-ci mərtəbədə isə qonaqlar üçün lanç zonasına malik açıq terras fəaliyyət göstərir.//Oxu.az

 Dubayda dünyanın ən hündür hoteli açılıb

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər