Ermənistan parlamentinin spikeri Alen Simonyan podkast müsahibəsində ölkənin “Su-30SM" qırıcılarını niyə aldığına dair uzun illərdir davam edən mübahisələrə cavab verib.
Moderator.az xəbər verir ki, Simonyanın sözlərinə görə, bu qırıcıların alınması siyasi rəhbərliyin şəxsi qərarı yox, Müdafiə Nazirliyinin Baş Qərargahının rəsmi tələbi əsasında həyata keçirilib:
“Müdafiə Nazirliyinin Baş Qərargahı “Su-30SM”lərin müdafiə məqsədi ilə alınmasını yazılı şəkildə istəyib. Siz nə düşünürsünüz, baş nazir və ya hökumətdə kimsə təyyarəni görüb “vau, nə gözəldir, gəlin bir “Su-30SM” alaq? deyə qərar verə bilərdi?”
A.Simonyanın bu sözləri İrəvanda yeni müzakirələrə səbəb olub.
Ermənistan cəmiyyəti hələ də sual edir: ölkə milyonlarla dollar dəyərində qırıcılar aldığı halda, 44 günlük müharibədə bu təyyarələr niyə havaya qalxmadı?
Simonyanın açıqlaması isə məsuliyyətin hökumətdən çox Baş Qərargaha yönəldildiyi görüntüsü yaradır.
(Müsavat)