Orban Merkeli həyat yoldaşı ilə müqayisə etdi
Dünya
239
18:49, Bu gün

Orban Merkeli həyat yoldaşı ilə müqayisə etdi

Macarıstanın Baş naziri Viktor Orban Almaniyanın sabiq kansleri Angela Merkeli hörmətlə yad etdiyini bildirib, baxmayaraq ki, onun səsi bəzən Orbanın üzərinə qalxıb.

Moderator.az xəbər verir ki, bu barədə hökumət başçısı "MD Meets" podkastında danışıb.

“Angela Merkeli hörmətlə qarşılayırdım... O, bəzən mənə qışqırırdı. Bu, yaxşı deyildi. Hər halda, arvadımdan daha çox... Amma o, açıq fikirli insan, intellektualdır”, - deyə Orban vurğulayıb.

Baş nazir əlavə edib ki, Merkel heç vaxt öz mövqeyini zorla qəbul etdirməyə çalışmayıb. Onun sözlərinə görə, sabiq kansler əksinə, başqalarının fikrini dinləməyə və vəziyyəti müzakirə etməyə üstünlük verirdi.

Noyabrın 12-də Almaniyanın sabiq xarici işlər naziri Ziqmar Qabriel bəyan edib ki, Merkel vəzifəsində qalsaydı, Ukrayna münaqişəsinin qarşısını ala bilərdi. Onun fikrincə, Minsk razılaşmaları Ukraynadakı vəziyyətə müsbət təsir göstərib və silahlı qarşıdurmanı səkkiz il müddətinə təxirə salıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər