Dörd ölkə İnterpol xətti ilə axtarışda olan şəxsləri Türkiyəyə təhvil verib
Dünya
423
14:20, Bu gün

Dörd ölkə İnterpol xətti ilə axtarışda olan şəxsləri Türkiyəyə təhvil verib

Almaniya, Gürcüstan, Şimali Makedoniya və Mərakeş müxtəlif cinayət əməllərinə görə axtarışda olan 10 nəfəri Türkiyəyə təhvil verib.

Moderator.az xəbər verir ki, Türkiyəyə təhvil verilən şəxslərdən yeddisi İnterpol siyahılarına daxil edilib, üçü isə ölkə daxilində axtarışda olub.

Daxili işlər naziri Ali Yerlikaya cinayətdə şübhəli bilinən şəxslərin əksəriyyətinin Almaniya (4) və Gürcüstan (3) tərəfindən Türkiyəyə təhvil verildiyini bildirib.

Nazir ölkəyə gətirilən şəxslərin fotoşəkillərini sosial mediada paylaşaraq bildirib: “Bu şəxslər narkotik qaçaqmalçılığı, terrorizm, qanunsuz silah saxlama, fırıldaqçılıq, oğurluq və digər cinayətlərdə iştirak etdiklərinə görə axtarışda olublar”.

A.Yerlikaya xaricə qaçmağın cinayətkarların ədalət mühakiməsindən yayınmasına kömək etməyəcəyi ilə bağlı əminlik ifadə edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər