Hakan Fidan: Qafqazdakı sülhə ABŞ böyük maraq göstərir
Dünya
184
15 Nov 2025 | 23:48

Hakan Fidan: Qafqazdakı sülhə ABŞ böyük maraq göstərir

"Həm ölkələrimiz, həm regionumuz, həm də qlobal sülh və sabitlik üçün vacib olan məsələlər yenidən gündəmə gəlib".

Moderator.az xəbər verir ki, bu fikirləri "A Haber" telekanalına müsahibəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Onun sözlərinə görə, xəritəni baxanda görərsiniz ki, Türkiyənin şimalında Ukrayna-Rusiya müharibəsi davam edir: "Bu həm bizim, həm də Amerika üçün vacibdir. Şimal-şərqimizdə, Qafqazda, daimi sülhə çevrilmək üzrə olan donmuş müharibə var. Bildiyiniz kimi, Amerika buna yaxından maraq göstərir. Onlar Vaşinqtonda Ermənistan-Azərbaycan sülh sazişinin paraflanmasına ev sahibliyi ediblər.

Onun cənubunda İran var. İran bizim qonşumuzdur. Münasibətlərimiz bir çox cəhətdən vacibdir, lakin Amerikanın da İranla çoxdankı nüvə problemi var. Bir az cənubda İraq məsələsi var. İraq-Amerika müharibəsinin hekayəsini bilirsiniz. Sonra Suriya məsələsi var. Bunlar bizim yaxın regionumuzda həm Amerikanın, həm də bizim dərin maraq göstərdiyimiz məsələlərdir və orada müəyyən anlaşma və koordinasiya birliyi qurulmalıdır ki, biz öz maraqlarımızı daha yaxşı qoruya və inkişaf etdirə bilək, daha az pul ödəyək və daha çox faydalana bilək".

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər