Efiopiyada təhlükəli virusun yayıldığı TƏSDİQLƏNDİ
Dünya
391
19:20, Bu gün

Efiopiyada təhlükəli virusun yayıldığı TƏSDİQLƏNDİ

Efiopiyada ilk dəfə yoluxucu "Marburq" virusunun yayıldığı rəsmən təsdiqlənib.

Moderator.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir.

Efiopiyanın cənub bölgəsində, Cənubi Sudanla sərhəd yaxınlığında tibb işçiləri də daxil olmaqla doqquz nəfərdə virus qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəyan edib ki, yeni aşkar edilən virus Şərqi Afrika ölkələrində əvvəlki epidemiyalarla eyni ştamı təşkil edir. ÜST Efiopiyaya ehtiyat fondundan 300 min dollar ayırıb və tibbi ləvazimatlar göndərib.

Ölkənin sərhədlərində sanitar və karantin nəzarətinin gücləndiyi bildirilir. "Marburq"un aşkarlanması üçün test sistemi, eləcədə xəstəlikdən qorunmaq üçün vaksin hazırlanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər