İran Sinqapura gedən neft tankerini saxladı
Dünya
382
18:02, Bu gün

İran Sinqapura gedən neft tankerini saxladı

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Dəniz Qüvvələri ölkənin milli maraqlarını qorumaq məqsədi ilə xarici bayraqlı bir neft tankerinə əl qoyduğunu açıqlayıb. 


SEPAH Dəniz Qüvvələrinin məlumatında, “Bölmələrimiz dünən səhər saat 07:30-da məhkəmə orqanlarının “Talara” adlı, Marşal Adaları bayrağı altında üzən neft tankerinin yükünə əl qoyulması ilə bağlı göstərişi əsasında, ölkənin cənub-şərqində yerləşən Məkran sahillərində tankeri saxlayaraq nəzarətə götürüb.” - deyə qeyd edilib. 


Tankerin 30 min ton neft-kimya məhsulu daşıdığı və Sinqapura doğru hərəkətdə olduğu bildirilib. Tankerdə aşkarlanan pozuntular səbəbilə bu səhər araşdırma aparılması üçün limana yönləndirildiyi qeyd edilib. Aparılan yoxlamalar nəticəsində tanker tərəfindən qanunsuz yük daşındığının təsdiqləndiyi, əməliyyatın isə məhkəmə orqanlarının əmri və qanuni vəzifələr çərçivəsində uğurla həyata keçirildiyi vurğulanıb.
 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər