Mişel Obama:
Dünya
318
16:48, Bu gün

Mişel Obama: "ABŞ hələ qadın prezidentin idarəçiliyinə hazır deyil"

ABŞ-nin keçmiş birinci xanımı Mişel Obama hesab edir ki, ölkəsi hələ psixoloji cəhətdən qadın prezidentin idarəçiliyinə hazır deyil.
 
O, bu barədə TMZ nəşrinə danışıb.
 
"Amerikada keçirilən son prezident seçkiləri bunu aydın göstərdi (qadın namizəd Kamala Harrisin uduzmasını nəzərdə tutur - red.). 2028-ci ildə prezidentliyə namizəd olmaq niyyətində deyiləm. Məsələdə əsas problem kişilərdədir, çünki onlar qadın tərəfindən idarə olunmağı qəbul edə bilmirlər. Buna görə də Amerika cəmiyyətinin ilk növbədə yetkinləşməsi lazımdır", - deyə sabiq birinci xanım bildirib.
 
Qeyd edək ki, Mişel Obama ABŞ-nin sabiq Prezidenti Barak Obamanın həyat yoldaşıdır. O, 2009-2017-ci illərdə Birləşmiş Ştatların birinci xanımı olub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər