NATO-da müharibə hazırlığı başladı: Rusiyaya qarşı hücum planlanır – Dünya müharibəsi başlayır?
Dünya
989
14:55, Bu gün

NATO-da müharibə hazırlığı başladı: Rusiyaya qarşı hücum planlanır – Dünya müharibəsi başlayır?

Almaniya, Polşa, Ruminyada hərbi aktivlik müşahidə olunur. Səfərbərlik, sərhədə ordu yığılması istiqamətində addımlar atılır. Son aylarda Avropada gedən məxfi hərbi hazırlıqlar nəyə hesablanıb?  Qoca qitə 2026-cı ildə Rusiya ilə açıq müharibəyə girə bilərmi?
Moderator.az-a danışan politoloq Azad Məsiyev deyib ki, Avropa sivilizasiyası bəşəriyyət üçün təhlükəli bir sivilizasiyadır: 
 
“Birinci və İkinci Dünya müharibələrinin məhz Avropada başlaması, hazırda isə Ukraynada faktiki Üçüncü Dünya müharibəsinin getməsi bunu bir daha göstərir. Avropa sivilizasiyası yaratdığı münaqişələrlə milyonlarla insanın ölümünə səbəb olub. Hazırda apardığı siyasət də bəşəriyyət üçün təhlükəlidir. De-yure Üçüncü Dünya müharibəsi başlayarsa, nüvə silahının tətbiqi qaçılmaz ola bilər və bunun acı nəticələrini bütün bəşəriyyət yaşayacaq. Ümumilikdə Avropa siyasəti insanlığı uçuruma aparır. Onlar insan dəyərlərini ikinci plana ataraq öz maraqları naminə insanların ölümünə səbəb olan addımlar atırlar. Ukraynada gündə minlərlə insanın həlak olması da bu siyasətin nəticəsidir. Avropa, Ukrayna münaqişəsi fonunda Üçüncü Dünya müharibəsinə aparan xətt yürüdür. NATO daxilində bəzi Avropa dövlətləri Rusiyayla birbaşa qarşıdurmaya can atırlar ki, bu da ən təhlükəli məqamdır. Bir sözlə, Avropa şeytanı fəaliyyətlə məşğul olaraq bəşəriyyəti uçuruma aparmaqdadır. Rusiya böyük həcmdə nüvə arsenalına malik dövlətdir.  Rusiyaya təhlükə yaradacaq addımlar atılarsa nüvə silahını işə salacaq. Nüvə silahı yaraşıq üçün düzəldilməyib  və bu nüvə silahı bir özü bir güc nümayişidir. Hətta Rusiya prezidentinin bir ifadəsi var. “Neynirəm o dünyanı ki, orada Rusiya yoxdur”. Rusiya dövlətinin təhlükəsizliyinə real təhdid yaranacağı təqdirdə nüvə silahından istifadə edə biləcəyi dəfələrlə bəyan olunub. Bununla NATO-ya açıq mesaj verib. Yəni Rusiyaya qarşı təhlükə yaranarsa, məsələ nüvə qarşıdurmasına qədər gedə bilər və bunun fəsadlarını bütün dünya yaşayacaq. Rusiyanı təxribata sürükləyən, münaqişəni alovlandıran isə məhz Avropadır. Xüsusilə Polşa və Rumıniya kimi ölkələr hərbi güclərini artıraraq belə bir fikir formalaşdırırlar ki, guya Rusiya Ukrayna müharibəsindən sonra Avropaya hücum edəcək. Bu, cəfəngiyat fikirlərdir”.
 
Politoloq xatırladıb ki, Ukrayna münaqişəsi başlamazdan əvvəl Rusiya ilə Avropa arasında iqtisadi və siyasi münasibətlər əhəmiyyətli dərəcədə inkişaf edirdi:
 
“Avropada 800 milyard dollardan artıq Rusiya sərmayəsi mövcud idi ki, bu da Rusiya iqtisadiyyatını gücləndirirdi. Həmçinin, Rusiya ilə Avropa arasında münasibətlər yaxşılığa doğru inkişaf edirdi. Lakin ABŞ-ın planı əsasında Ukrayna münaqişəsi yaradılaraq Rusiya və Avropa arasında qarşıdurma formalaşdırıldı. Hazırda da ABŞ-ın siyasəti bu münaqişəni daha da genişləndirir.  Qərbin bəzi dövlətləri ya bilərəkdən, ya da bilməyərəkdən bu qarşıdurmanın alətinə çevriliblər. Münaqişənin gedişatı göstərir ki, faktiki olaraq Rusiya tərəf kimi üstün mövqedədir və Ukraynanın dərinliklərinə doğru irəliləyir. Artıq bəzi Avropa dövlətlərinin, hətta gizli sövdələşmələrin mövcudluğu ehtimalı daha çoxdur. Bu, Ukraynanın gələcəyinin parçalanmasına doğru yönəlir: bir hissəsi Rusiyanın nəzarətinə keçə bilər, digər hissəsi isə Polşa, Rumıniya və Macarıstan kimi ölkələrin tarixi torpaq iddialarına mövzu ola bilər. Siyasi ekspertlər bu iddiaları artıq açıq şəkildə səsləndirirlər. Bu gün Avropanın Rusiya əleyhinə hərbi və siyasi fəallaşması bəşəriyyət üçün ciddi təhlükədir. Avropa dövlətləri NATO bloku çərçivəsində birgə hərəkət edir. Əgər Rusiyaya qarşı hər hansı hərbi əməliyyat həyata keçirilərsə, bu yalnız müəyyən dövlətlərin deyil, bütün NATO-nun iştirakı ilə baş verəcək və nəticədə bəşəriyyət bundan əziyyət çəkə bilər. Nüvə silahının işə düşmə riski zəncirvari reaksiyaya səbəb ola bilər və təkcə Avropanı deyil, bütün planeti təhlükə altına sala bilər. Bu baxımdan, Avropa sivilizasiyası bəşəriyyət üçün ciddi təhlükə yaradan bir sivilizasiya hesab olunur”.
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər