Qadın bir anda 9 uşağa hamilə qaldı - Görünməmiş OLAY
Dünya
205
12:41, Bu gün

Qadın bir anda 9 uşağa hamilə qaldı - Görünməmiş OLAY

Misirdə planlı ultrasəs müayinəsi zamanı hamilə qadın birdən-birə doqquz uşaq gözlədiyini öyrənib.
 
Moderator.az Lent.az-a istinadla bildirir ki, belə qeyri-adi çoxdöllü hamiləliyin səbəbi yəqin ki, həkim nəzarəti olmadan qəbul edilən ovulyasiyanı stimullaşdıran dərmanlar olub.
 
Həkimlərin sözlərinə görə, bu cür preparatlar bir menstrual dövr ərzində eyni anda bir neçə yumurtanın yetişməsinə səbəb ola bilər. Müəyyən olunmuş dozanın artırılması isə daha çox yumurtanın eyni vaxtda mayalanması ehtimalını yüksəldir.
 
Qadının bütün embrionları saxlayıb-saxlamayacağı hələlik məlum deyil. Ginekoloqlar qeyd edirlər ki, müasir tibbin köməyi ilə mayalanmış yumurtaların sayını azaltmaq mümkündür. Bu, həm ananın sağlamlığı üçün riskləri azaldar, həm də qalan körpələrin inkişafı üçün daha əlverişli şərait yaradar.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər