Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ Hərbi Hava Qüvvələri Baş Komandanlığı Qəzza zolağının iki hissəyə bölünməsi üzrə planı hazırlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri Vaşinqtondakı mənbələrə istinadən yazıb.
Nəşrin mənbələrinin iddiasına görə, plan "yaşıl" və "qırmızı" zonaların yaradılmasını nəzərdə tutur. Qəzzanın şərqində yerləşəcək "yaşıl" zona İsrail və beynəlxalq qüvvələrin nəzarəti altında olacaq. Bu zonada yenidənqurma prosesi həyata keçiriləcək.
Eyni zamanda, "qırmızı" zona Fələstin qruplaşmalarının nəzarəti altında olacaq. Bu zona xarabalıq halında qalacaq. Vaşinqtonda hesab edirlər ki, bu, sülhməramlı fələstinliləri "yaşıl" zonaya köçməyə sövq edəcək.
Xatırladaq ki, Qəzzada atəşkəs rejimi oktyabrın 10-da qüvvəyə minib. ABŞ, Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə girovlar azad edilib və həlak olanların cəsədləri qaytarılıb. /oxu.az/