ABŞ Rusiyanın neft ixracını azaldıb
Dünya
188
09:36, Bu gün

ABŞ Rusiyanın neft ixracını azaldıb

Vaşinqtonun təzyiqləri bir çox ölkələrin Rusiya neftinin alışını azaltmasına gətirib çıxarıb.
 
Moderator.az xəbər verir ki, bunu prezident Tramp GB News-a verdiyi müsahibədə açıqlayıb: "Biz onlara çox təzyiq göstəririk". O, ABŞ-ın Rusiyadan neft və neft məhsulları alması səbəbindən Hindistana əlavə tariflər tətbiq etməsinə toxunaraq əlavə edib: "Siz Hindistan və neft haqqında məlumatlısınız".
 
Tramp digər ölkələrin Rusiya neftinin alışını azaltmasına toxunaraq vurğulayıb: "Hindistan indi imtina edir, digərləri də imtina edir". ABŞ prezidentinin sözlərinə görə, "Rusiya neft satanda müxtəlif şeylər üçün pulu olur". 
 
Tramp həmçinin Ukraynadakı münaqişənin həll olunacağına əminliyini ifadə edib: "Düşünürəm ki, biz bunu edəcəyik".
 
6 noyabrda Tramp bildirib ki, Hindistan "əsasən" Rusiya neftinin alışını dayandırıb. O zaman o qeyd edib ki, ABŞ sanksiyalarının tətbiqi səbəbindən Rusiyadan neft ixracının həcmi azalıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər