Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ narkotik kartellərinə qarşı hərbi kampaniyasının bir hissəsi olaraq robotlardan istifadə edəcək.
Moderator.az xəbər verir ki, bu barədə "Miami Herald" məlumat yayıb.
Söhbət yeni robot hava və dəniz sistemlərindən gedir. ABŞ ordusu hava nəzarəti üçün uzunmüddətli yerüstü nəqliyyat vasitələrindən, kiçik pilotsuz tutuculardan və şaquli uçuş və eniş dronlarından istifadə edəcək.
Qeyd edək ki, daha əvvəl Pentaqon rəhbəri Pit Heqset narkokartellərə qarşı xüsusi əməliyyatın başlandığını elan edib.