Ukrayna Silahlı Qüvvələri (SQQ) üçün ən çətin ərazi Donetsk vilayətindəki Pokrovsk istiqaməti olaraq qalır.
Moderator.az-ın məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski özünün Telegram kanalında məlumat verib.
"Mən ən çətin ərazidə, xüsusən də Pokrovsk-Mırnoqrad aqlomerasiyası ərazisində işləməyə davam edirəm. Onlar (Rusiya ordusu - Qeyd) nəzarət zonasını genişləndirmək üçün yaşayış məntəqələrinə, çoxmənzilli binalara soxulmağa və orada möhkəmlənməyə cəhd göstərir. Bunu nəzərə alaraq, onların planlarına qarşı çıxmaq üçün bir sıra tədbirlər hazırladıq", - deyə o yazıb.
Baş komandan vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rusiya ordusunun hərəkətlərini lokallaşdırarkən həm canlı qüvvə, həm də texnika baxımından ona ciddi itkilər verməyə davam edir: "Komandirlərimiz tabeliyində olan şəxsi heyətin həyat və sağlamlığının qorunması zərurətinə son dərəcə hörmətlə yanaşırlar".