01:47
15°C
Bakı
Dəməşqin qərbindəki Məzzə bölgəsində azı üç güclü partlayış qeydə alınıb.
Moderator.az xəbər verir ki, bu barədə “Shafaq News” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə bölgə naməlum çəxslər tərəfindən raket atəşinə tutulub. Hadisə nəticəsində bir qadın həlak olub, bir neçə nəfər yaralanıb. Ölənlərin sayı barədə dəqiq məlumat yoxdur.
Əraziyə yanğınsöndürən və təcili yardım briqadaları göndərilib. Suriya polisi araşdırma aparır.