01:47
15°C
Bakı
ABŞ Prezidenti Donald Trampın uşaqlıq illərində yaşadığı ev Nyu-Yorkda satışa çıxarılıb.
Moderator.az "Bild"ə istinadən xəbər verir ki, Kuinsin Yamayka Estates məhəlləsində yerləşən evi 1940-cı ildə atası Fred Tramp tikdirib. Balaca Tramp1946-cı il iyunun 14-dən dörd yaşına kimi orada yaşayıb.
Ev bir neçə dəfə satılıb. 2016-cı il seçkilərindən əvvəl investor Maykl Davis onu 1,39 milyon dollara almış, bir il sonra isə 2,14 milyon dollara çinli alıcıya yenidən satmışdı.
232 kvadratmetrlik təmirli malikanə yenidən satışa çıxarılıb. Satış qiyməti 2,3 milyon dollar və ya təxminən 1,98 milyon avrodur.