Flinn ABŞ hökumətindən 50 milyon dollar təzminat tələb edir
Dünya
135
22:28, Bu gün

Flinn ABŞ hökumətindən 50 milyon dollar təzminat tələb edir

ABŞ-ın sabiq milli təhlükəsizlik müşaviri Maykl Flinn 2016-cı il seçkilərinə "Rusiyanın müdaxiləsi" işi üzrə ona qarşı aparılan istintaqa görə ABŞ hökumətindən 50 milyon dollar təzminat tələb edir.

Moderator.az xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb.

Bildirilib ki, Donald Tramp administrasiyası Flinnin qaldırdığı iddia ilə bağlı danışıqlar aparır.

"Flinn əvvəlcə yalan ifadə verməsini etiraf etmişdi, lakin sonradan ittihamları rədd edib. O, 2020-ci ildə Tramp tərəfindən əfv olunub. Flinn özünün haqsız məhkəmə təqibi hesab etdiyi prosesə görə 50 milyon dollar tələb edir",- məlumatda deyilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər