Dünya
489
14 Nov 2025 | 22:25

"Liberman İsrailin gələcəyini qaranlıq görür" - İsrail mətbuatı

"Keçmiş müdafiə naziri Netanyahunun siyasətinin ölkəni zəif və parçalanmış vəziyyətə gətirdiyini bildirir..."

İsrailin parçalanmış modeli

İsrailin "cursorinfo.co" nəşrinin yazdığına görə, keçmiş müdafiə naziri və NDI partiyasının rəhbəri Avigdor Liberman İsrailin hazırkı siyasətini sərt tənqid edərək ölkənin sürətlə "zəif və parçalanmış dövlət"ə çevrildiyini bildirib.

O, ultraortodoks icmaların dövlət içində dövlət kimi fəaliyyət göstərdiyini, öz məktəbləri, xəstəxanaları, məhkəmələri və qida qaydaları ilə dövlət strukturlarına qarışmadan yaşadığını vurğulayıb. Liberman əlavə edib ki, bu qruplar yəhudilik dərəcəsi və ravvin məhkəmələrinin səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı mübahisəli qanun layihələrini də irəli sürür.

Ordu və milli birliyin rolu

Liberman ordunu ölkənin birliyini bərpa edə biləcək əsas "əridici qazan" kimi qiymətləndirib. O, NDI partiyası olaraq bütün 18 yaşlı vətəndaşların - dindarlar, ultraortodokslar, ərəb, çərkəz, druz və digər dini qruplar daxil olmaqla çağırış məntəqələrinə mütləq getməsini təklif edir. Onun sözlərinə görə, ordunun özü qərar verməlidir ki, vətəndaş harada xidmət edəcək və ya alternativ hərbi xidmətə göndəriləcək.

Təhlükə və təhlükəsizlik məsələləri

Liberman 2016-cı ildə Netanyahuua Qəzzadan böyük hücum riskini əks etdirən 11 səhifəlik sənəd təqdim etdiyini xatırladıb. O zaman İsrailin işğal, kütləvi girov götürmə və məhv edilmə təhlükəsi ilə üzləşə biləcəyini xəbərdar edib. 2025-ci ildə İranla müharibədə İsrail yalnız ordu və silahların olması sayəsində uğur qazanıb. Liberman həmçinin beynəlxalq qüvvələrin Qəzzaya göndərilməsini sərt tənqid edib və belə modelin effektiv olmadığını, əksinə ordunun fəaliyyətini məhdudlaşdırdığını bildirib.

Siyasi gələcək və seçkilər

Liberman seçkilərin 2026-cı ilə qədər baş tutacağına şübhə ilə yanaşır. O, NDI qalib gələrsə, 7 oktyabr hadisələrinin araşdırılması üçün dövlət komissiyası yaradılacağını və ümumi çağırış qanunun tətbiq olunacağını açıqlayıb. Həmçinin baş nazir postuna iddialı olduğunu bildirib və ortodoks partiyalarının ona əməkdaşlıq təklif etdiyini qeyd edib.

Ümid və inkişaf perspektivi

Liberman hesab edir ki, sabit hökumət olarsa, İsrail 5-6 il ərzində İsveçi geridə qoymaq potensialına malikdir. O vurğulayıb ki, ölkənin əsas resursu onun zəka və bilikləridir və düzgün siyasət tətbiq olunarsa, İsrail daha yaxşı gələcəyə sahib ola bilər.

Moderator.az

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər