Deputat mandatlarını satan siyasətçi saxlanılıb
Dünya
278
14 Nov 2025 | 21:00

Deputat mandatlarını satan siyasətçi saxlanılıb

Ukrayna Təhlükəsizlik Xidməti ölkə polisi ilə birlikdə təsis sənədlərini saxtalaşdırdığına görə ləğv edilmiş "Qarant" partiyasının keçmiş lideri siyasətçi Valeri Tokarı saxlayıb.

Moderator.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Xidməti özünün "Telegram" kanalında məlumat yayıb.

"Saxlanılan şəxs partiya siyahısındakı yerləri sataraq müştərilərinə növbəti parlament seçkisində xalq deputatı statusu vəd edib. O, Kiyev restoranlarından birində növbəti müştərisindən 160 min dollar aldıqdan sonra saxlanılıb. Tokar xüsusilə böyük miqyasda törədilmiş fırıldaqçılıqda ittiham olunur və hazırda həbsdədir. Onu əmlakı müsadirə olunmaqla 12 ilə qədər həbs cəzası gözləyir", - məlumatda bildirilir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər