Zelenski yaxın dostunu vətəndaşlıqdan məhrum etdi
Dünya
278
20:50, Bu gün

Zelenski yaxın dostunu vətəndaşlıqdan məhrum etdi

“Energoatom” korrupsiya qalmaqalının əsas fiqurantları - Timur Mindiç və Aleksandr Tsukerman artıq Ukrayna vətəndaşlığından məhrum ediliblər.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak deyib.

"Mindiç və Tsukerman Ukrayna vətəndaşlığından məhrum ediliblər, çünki Vladimir Zelenskinin veb saytında bir fərmanın nömrəsi yoxdur.

Mindiç və Zukermana qarşı sanksiyalar tətbiq edən sənəd 843-cü, əvvəlki sənəd isə 841-ci kimi qeyd olunub. Vətəndaşlığın ləğvi ilə bağlı fərmanlar adətən dərc olunmur, çünki onlarda şəxsi məlumatlar var.

Jeleznyak həmçinin qeyd edib ki, hər iki şəxs İsraildə, Təl-Əvivdədir və sözügedən ölkənin vətəndaşlarıdırlar.

Qeyd edək ki, Zelenskinin yaxın dostu və iş ortağı Timur Mindiç 100 milyon dollarlıq rüşvət sxemi təşkil etməkdə ittiham olunur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər